Dünya

“HƏMAS”ın hücumları nəticəsində 900-dən çox israilli həlak olub

10 oktyabr / 08:38 1 dəq
842cd3fa 102f 39cf 9c5a 6aabb728f569
10 oktyabr / 08:38
Burada sizin reklamınız ola bilər

Fələstinin radikal “HƏMAS” hərəkatının hücumları nəticəsində 900-dən çox israilli həlak olub, daha 2 616 nəfər yaralanıb.

“Qərb Xəbər” bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, Qəzza zolağından İsrailə azı 4,5 min raket atılıb, İsrail ordusu isə ümumilikdə 1 290 hədəfi vurub.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər