Həmas və İsrail arasında atəşkəs imzalandı
HAMAS və İsrail arasında atəşkəs razılaşması qüvvəyə minib.
Qerbxeber.com xəbər verir ki, bu barədə APA İsrail mediasına istinadən məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağında atəşkəs bu gün yerli vaxtla saat 12:00-dan etibarən qüvvəyə minib.
Qeyd edək ki, ötən gecə HAMAS-la İsrail arasında atəşkəs əldə olunub.
Atəşkəs razılaşmasına əsasən, İsrail qoşunlarının çıxarılmasını, anklava humanitar yardımın daşınmasını və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur.




