İsrailin Müdafiə Ordusu Qəzzada HƏMAS qruplaşmasının rəhbərlərindən biri olan Murad Əbu Muradı məhv edib.
“Qərb Xəbər“ məlumat verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, HƏMAS-ın Hərbi Hava Qüvvələrinin rəhbəri idi.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.