Dünya

Gürcüstanın keçmiş müdafiə naziri saxlanıldı

13 sentyabr / 21:15 1 dəq
Buruladze
13 sentyabr / 21:15
Burada sizin reklamınız ola bilər

Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Qerbxeber.com  Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.

Məhkəmədə iştirak edən sabiq nazir ittihamlarla razılaşmadığını bildirib.

Qeyd edək ki, sentyabrın 11-də saxlanılan C.Burçuladze vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham edilir. Günahı sübuta yetirilərsə, onu 9 ildən 12 ilədək həbs cəzası gözləyir.

Xatırladaq ki, C.Burçuladze Gürcüstanın müdafiə naziri vəzifəsini 2021-2024-cü illərdə tutub.

Paylaş
Burada sizin reklamınız ola bilər