Dünya

Qazaxıstanda mədənin çökməsi nəticəsində həlak olan 7 işçinin meyiti tapılıb

18 fevral / 09:20 1 dəq
67b38d27502fe67b38d27502ff173982032767b38d27502fc67b38d27502fd
18 fevral / 09:20
Burada sizin reklamınız ola bilər

“Fevralın 17-də Ulitau vilayətinin Janarkinski rayonunda, “Kazakhmys Corporation” MMC-nin Jomart mədənində çökmə baş verib.

APA xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 7 işçi dağıntılar altında qalıb. 7 əməkdaşının meyitini dağıntılar altından çıxarılıb, onların şəxsiyyəti müəyyənləşdirilir.

Hazırda hadisənin bütün hallarının aydınlaşdırılması istiqamətində araşdırma aparılır.

Dağıntı yerində təcili xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.

 

Paylaş
Burada sizin reklamınız ola bilər