Gürcüstandan Azərbaycana avtomobil ixracı 17% artıb
2022-ci ilin yanvar-sentyabr ayları ərzində Gürcüstandan Azərbaycana 221,9 milyon ABŞ dolları dəyərində 22 587 ədəd avtomobil ixrac edilib.
“Qərb Xəbər” “24News.ge”yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, hesabat dövründə Azərbaycana ixrac edilən avtomobillərin dəyəri illik ifadədə 32,2 milyon dollar və ya 16,9% artıb, sayı isə 5 938 ədəd və ya 20,8% azalıb.
Xatırladaq ki, ötən ilin ilk 9 ayı ərzində Gürcüstan Azərbaycana 189,7 milyon dollar dəyərində 28 525 ədəd avtomobil ixrac edib.




