Gürcüstanda NATO ölkələrinin “Troya Ayaq İzi 24” (Trojan Footprint 24) çoxmillətli hərbi təlimləri keçirilir.
Qerbxeber.com xəbər verir ki, məlumatı ölkənin Müdafiə Qüvvələrinin mətbuat xidməti yayıb.
Bildirilib ki, təlimlər çərçivəsində bu gün gürcü və əcnəbi hərbçilər dəniz təlimləri keçiriblər.
Məlumata görə, martın 4-dən 15-dək Bolqarısan, Gürcüstan, Almaniya, Yunanıstan, Şimali Makedoniya və Rumıniyada keçiriləcək təlimlərdə Albaniya, Bolqarıstan, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, Monteneqro, Şimali Makedoniya, Portuqaliya, Rumıniya, İspaniya, Birləşmiş Krallıq və ABŞ-dan olan hərbçilər iştirak edirlər. 2016-cı ildən keçirilən təlimlərdə Gürcüstan üçüncü dəfə iştirak edir. Təlimlərin məqsədinin NATO, ABŞ və tərəfdaş ölkələrin istənilən təhdidə qətiyyətli cavab vermək imkanında olduğunu nümayiş etdirmək olduğu bildirilib.