Sosial

Gürcüstanda dolu azərbaycanlıların yaşadığı kəndlərə ciddi ziyan vurub

12 iyul / 15:20 1 dəq
E5477e47 1108 4e70 8b35 687685a3eec5
12 iyul / 15:20
Burada sizin reklamınız ola bilər

Gürcüstanda yağan güclü dolu və yağış azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonlarında ciddi fəsadlar törədib.

Hər iki rayonun bir neçə kəndində yaşayış evləri və təsərrüfatlara ziyan dəyib.

Marneulidə təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə xüsusi komissiya yaradılıb. Rayonda doludan ziyan görən 300-ə yaxın ailəyə çadırlar paylanılıb.

Marneuli rayonunun icra başçısı Zaur Darğallının rəhbərlik etdiyi komissiya təbii fəlakətin rayona vurduğu zərərin həcmini müəyyənləşdirir.

Bolnisi rayonunun rəhbəri David Şerazadaşvili dolunun problemlər yaratdığı Mamxuti, Talaver, Bolnisi və Zemo Bolnisi kəndlərinə baş çəkib. O, sakinlərə fəsadların aradan qaldırılacağını söz verib.

Paylaş
Burada sizin reklamınız ola bilər