Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Gürcüstan DİN etirazçıları parlament binası yaxınlığındakı əraziləri boşaltmağa çağırıb

13 may / 08:59 2 dəq
1f610dc7 88d7 38bd 91a9 8b42ad219c26
13 may / 08:59
Burada sizin reklamınız ola bilər

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə parlament binası yaxınlığında keçirilən mitinq iştirakçılarına müraciət edib.

Qerbxeber.com xəbər verir ki, nazirlik aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunvericilik orqanının giriş-çıxışlarını təmizləməyə, deputatlara və aparat üzvlərinə parlamentə daxil olmaq və öz vəzifələrini yerinə yetirməyə başlamaq imkanı yaratmağa çağırıb.

“Əks halda, polis qanuni səlahiyyətlər çərçivəsində hərəkət edəcək və parlamentə girişlərin polis qüvvələri tərəfindən təmizlənməsini təmin edəcək”, – təhlükəsizlik qurumunun bəyanatında bildirilib.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları bazar günündən etibarən növbəti mitinq təşkil ediblər.

Onlar mayın 13-də səhər saatlarında hüquq məsələləri komitəsinin iclasında deputatların təşəbbüsə üçüncü oxunuşda baxılmasına başlamasının qarşısını almaq üçün Rustaveli prospektində parlamentə gediblər və orada gecələyiblər. Komitənin iclası yerli vaxtla saat 09:00-a (Bakı vaxtı ilə 09:00) planlaşdırılıb.

Mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Prezident Salome Zurabişvili, müxalifət və Qərb diplomatları onun əleyhinə çıxış edərək, guya onu Avropa İttifaqına inteqrasiyasına maneə hesab edirlər.

ABŞ Dövlət Departamenti qanun layihəsinin ölkənin vətəndaş cəmiyyətini sarsıtmaq məqsədi daşıdığını bildirib. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının liderləri isə bildirib ki, bu, yalnız qeyri-hökumət sektorunun və medianın xaricdən maliyyələşməsinin şəffaflığını təmin etmək məqsədinə xidmət edir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı