İqtisadiyyat

Goranboyda bu kəndlər internetsiz qaldı

24 mart / 16:20 1 dəq
505c9682053fada
24 mart / 16:20
Burada sizin reklamınız ola bilər

Goranboyun bir neçə kəndinə internetin ötürülməsi dayanıb.

Bir neçə saatdır internet verilişində yaranan problem Qızılhacılı kəndi ərazisindən keçən fiberoptik kabeldə yaranan nasazlıqla əlaqədardır. Kabel xəttində yaranan problem Boluslu, Nərimanlı, Məşədi Qaralar, Eyvazlılar kəndlərini və daha bir yaşayış məntəqəsini internetsiz qoyub.

Qəzanın aradan qaldırılması üçün Gəncə Telekommunikasiya İdarəsindən mütəxəssislərin cəlb olunması nəzərdə tutulur. Əldə olunan məlumata görə, proses sabaha kimi davam edəcək.

İnternetin ötürülməsində yaranan nasazlığın tam öyrənilməsi üçün ərazidə iş aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər