Bölgə xəbərləri

Gəncədə qadın bıçaqlanıb

15 dekabr / 09:32 1 dəq
Bıçaq
15 dekabr / 09:32
Burada sizin reklamınız ola bilər

Gəncə şəhərində qadın bıçaqlanıb, əri şübhəli bilinir.

“Qərb Xəbər”in əldə etdiyi məlumata görə, hadisə dekabrın 14-ü saat 08:30 radələrində şəhər ərazisində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Süleymanov Zaur Hidayət oğlu arvadı, 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına yaşadıqları evdə mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Hazırda Zaur Süleymanovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam
etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər