Bölgə xəbərləri

Gəncədə güclü külək yanğına səbəb olub – FOTO

12 aprel / 17:55 1 dəq
62557e1912b9762557e1912b98164977000962557e1912b9562557e1912b96
12 aprel / 17:55
Burada sizin reklamınız ola bilər

Gəncə şəhərində əsən güclü külək yanğına səbəb olub.

“Qərb Xəbər” APA-ya istinadən  xəbər verir ki, hadisə şəhərin Adil Ziyadxanov küçəsində qeydə alınıb.

İlkin xəbərə görə, yüksək gərginlikli elektrik xəttində baş verən qısaqapanma keçmiş Xalça Zavodunun sahəsində yanğına səbəb olub.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alovun söndürülməsi istiqamətində iş aparılır.

Bundan əlavə, güclü külək nəticəsində şəhərin bəzi hissələrinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Eyni zamanda, işıqforlar işləmir, bu isə tıxacın yaranmasına səbəb olub.

62557e190923562557e1909236164977000962557e190923362557e1909234 62557e1901ea862557e1901ea9164977000962557e1901ea662557e1901ea7 62557e190e0f062557e190e0f1164977000962557e190e0ee62557e190e0ef

Paylaş
Burada sizin reklamınız ola bilər