Hadisə

Gəncədə bir ailənin üç uşağı dəm qazından zəhərlənib

17 mart / 10:19 1 dəq
67d7a9d57bff167d7a9d57bff2174218696567d7a9d57bfef67d7a9d57bff0
17 mart / 10:19
Burada sizin reklamınız ola bilər

Martın 17-də saat 02:10 radələrində 3 nəfər (2 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Qerbxeber.com TƏBİB-dən bildirilib.

2012, 2015, 2017-ci il təvəllüdlü pasiyentlərə dəm qazının toksiki təsiri diaqnozu təyin edilib.

Onlara zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər