Kateqoriyasız

Gəncə sakinində silah-sursat aşkarlanıb

29 iyun / 11:25 1 dəq
Msg1104088984
29 iyun / 11:25
Burada sizin reklamınız ola bilər

Gəncə sakinində silah-sursat aşkarlanıb.

Bu barədə “Qərb Xəbər”ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rəşad Abbasov saxlanılaraq PB-yə gətirilib.

Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilib və oradan 1 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRQM” partlayıcı, 2 ədəd “Kalaşnikov” avtomatına məxsus daraq, 55 ədəd 5.45 mm-likpatron, 2 ədəd pulemyot patronu və 2 ədəd 7.62 mm-lik avtomat patronu aşkar edilərək götürülüb. Həmin maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Vüqar Mehtizadə

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı