Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Xəbər

“Gəncə Avtomobil Zavodu”, MAZ və “Pojsnab” yanğınsöndürmə texnikasının birgə istehsalı barədə razılığa gəlib

7 iyun / 15:50 2 dəq
7a49583e 2835 3a96 87df 201c92a49063
7 iyun / 15:50
Burada sizin reklamınız ola bilər

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “Minsk Avtomobil Zavodu” ASC (MAZ) və “Pojsnab” MMC arasında Belarus yanğınsöndürmə texnikasının Azərbaycanda istehsalının təşkilinə dair üçtərəfli müqavilə imzalanıb.

Qerbxeber.com bu barədə Belarus KİV-lərə istinadən xəbər verir.

Bu sənəd iyunun 6-da Azərbaycan nümayəndə heyətinin Belarusun paytaxtı Minskin “Belkommunmaş” müəssisəsinə səfəri zamanı imzalanıb.

“Şassi MAZ, asma yanğınsöndürmə texnikası “Pojsnab” şirkəti tərəfindən istehsal edəcək, texnikanın yığılması isə burada həyata keçiriləcək”, – “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib.

O, həmçinin xatırladıb ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana bu yaxınlarda dövlət səfəri zamanı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ehtiyacları üçün 400 ədəd yanğınsöndürmə texnikasının alınmasına dair memorandum imzalanıb: “Müqavilə 4 il müddətinə nəzərdə tutulub”.

Belarusla qarşılıqlı əlaqələrdən danışan X.Fətiyev bildirib ki, “Gəncə Avtomobil Zavodu”nda 4,5 minə yaxın MAZ markalı avtomobil və 15 min traktor yığılıb: “Biz elektrobusların yığılmasına da başlamışıq. Belaruslularla işləmək mümkündür və lazımdır”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı