Gədəbəydə yeddi nəfər dəm qazından zəhərlənib
Gədəbəy rayonunda yeddi nəfər dəm qazından zəhərlənib.
Qerbxeber.com məlumatına görə, Gədəbəy şəhərində, bir nəfər – 1955-ci il təvəllüdlü M.Hüseynov, Qaradağ kəndində, 1 ailənin 4 üzvü – 1994-cü il təvəllüdlü Z.Qasımlı, 1995-ci il təvəllüdlü S.Məmmədli, 2018-ci il təvəllüdlü E.Məmmədli və 2016-cı il təvəllüdlü S.Məmmədli dəm qazından zəhərlənib.
Həmçinin rayonun Gərgər kəndində 2 nəfər dəm qazından zəhərlənib.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb, onlara tibbi yardım göstərilib və daha sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı