Gəncə şəhərində dərmandan zəhərlənmə hadisəsi baş verib.
Qerbxeber.com-un məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü H. Məmmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Gənc oğlanın hansı səbəbdən dərmandan zəhərləndiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.