Qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Gədəbəy rayonuna dolu yağıb.
‘Qərb Xəbər’in məlumatına görə, ötən gün axşam saatlarında rayonun Söyüdlü, Maarif, Qumlu Slaviyanka, Soyuqbulaq, Ərtəpə və Xuluf kəndlərində güclü yağışdan sonra 10-15 dəqiqə dolu yağıb. Yağan dolu kənd təsərrüfatına da ziyan vurub. Belə ki sözügedən kəndlərdə kartof, kələm və taxıl sahələrinin bir hissəsi yararsız hala düşüb.Gədəbəy Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hazırda icra nümayəndələri dəyən ziyanla bağlı araşdırmalar aparırlar.