AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Xorvatiya yığmasının futbolçusu Marko Roq İtaliyanın “Napoli” klubundan “Kalyari”yə keçib.
Yarımmüdafiəçi öncə yeni klubuna icarə əsasında çıxış edəcək.
Lakin müqaviləyə əsasən, “Kalyari” icarə müddəti başa çatdıqdan sonra oyunçunu transfer etməlidir. Bu isə 15 milyon avroya başa gələcək. M.Roq klubun tarixinə ən bahalı futbolçu kimi düşüb. Ona qədər ən bahalı oyunçu ötən il “Napoli”dən transfer edilən Leonardo Pavoletti idi.
Qeyd edək ki, M.Roq “Napoli”yə 2016-cı ildə Zaqreb “Dinamo”sundan keçib.