Dünya

Fransa Ukraynaya hərbi təlimatçılar göndərmək üçün koalisiyaya rəhbərlik edəcək

31 may / 09:45 1 dəq
665953bf1762f665953bf176301717130175665953bf1762d665953bf1762e
31 may / 09:45
Burada sizin reklamınız ola bilər

Fransa Ukraynaya hərbi təlimatçı göndərməyə hazır olan Avropa ölkələrindən ibarət koalisiya yaratmağı planlaşdırır.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Məlumata görə, Makronun təklifi fransız hərbçilərin minalardan təmizləmə və ya hərbi texnikanın təmirini ukraynalı şəxsi heyətə öyrətməsini nəzərdə tutur.

Nəşr Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatlarına istinadən qeyd edib ki, 2022-ci ildə Rusiya Federasiyasının genişmiqyaslı müharibəsi başlayandan bəri 100 mindən çox ukraynalı hərbçi xaricdə, xüsusən də Polşa, Almaniya və Böyük Britaniyada təlim keçib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər