Dünya

Fransa Azərbaycan səfirliyinin iki əməkdaşını Parisdən çıxardı

28 dekabr / 09:38 1 dəq
658c62012bb08658c62012bb091703698945658c62012bb04658c62012bb06
28 dekabr / 09:38
Burada sizin reklamınız ola bilər

Rəsmi Paris Azərbaycan səfirliyinin iki diplomatını “arzuolunmaz şəxs” (persona non grata) elan edib.

“Qərb Xəbər”  APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Fransa XİN-in rəsmi saytında yer alır.

Fransa cavab tədbiri olaraq Azərbaycan səfirliyinin iki diplomatını arzuolunmaz şəxs (persona non grata) elan edib.

Qeyd edək ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər