Siyasət

Finlandiya Rusiya ilə sərhədini bağlı saxladı

27 iyun / 19:06 1 dəq
Flag of Finland
27 iyun / 19:06
Burada sizin reklamınız ola bilər

Avropa Parlamenti Finlandiyanın Rusiya ilə sərhədinin açılmasına dair petisiyaya baxmağı dayandırıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə Avropa Parlamentinin nümayəndəsi Alessio İnkorvaya deyib.

“Avropa Parlamentinin Müraciətlər Komitəsi bu sorğunu bağlamaq qərarına gəlib. Finlandiya Ukraynadakı münaqişə və Rusiyadan qaynaqlanan hibrid təhlükələr kontekstində Şengen Məcəlləsinə uyğun olaraq müəyyən sərhəd keçid məntəqələrini bağlamaq hüququna malikdir”, – o bildirib.

Qeyd edək ki, 2024-cü ilin oktyabrında Avropa Parlamenti Finlandiyanın rusdilli sakinlərinin Helsinki tərəfindən Rusiya ilə sərhəddəki keçid məntəqəsinin bağlanması barədə petisiyasını təsdiqləmişdi

Paylaş
Burada sizin reklamınız ola bilər