Hadisə

FHN Zəyəm qəsəbəsində bəzi ərazilərin subasmaya məruz qaldığını açıqlayıb

1 iyun / 08:45 1 dəq
7d7b57b7 35f0 32af 86d3 d61489c36387
1 iyun / 08:45
Burada sizin reklamınız ola bilər

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Şəmkir rayonunun Zəyəm qəsəbəsində bəzi ərazilərinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Bu barədə “Qərb Xəbər”ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.

Hazırda Şəmkir rayonunun Zəyəm qəsəbəsində fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri görülür.

Paylaş
Burada sizin reklamınız ola bilər