AbŞ gürcustan səfiri
“İvanişvili öz maraqlarını gürcü xalqının maraqlarından üstün tutur” – ABŞ səfiri
Roman storovoyt
Rusiyalı nazır işdən çıxarılması haqda sərəncamın “mürəkkəni qurumamış” intihar etdi
Asif
Moskvanın Bakıya qarşı edə biləcəkləri və ya ZƏNGƏZURA nəzarəti kim edəcək-ASİF NƏRİMANLInın təhlili
1668862550 saakasvili
Saakaşvili: Cənubi Qafqazda baş verənlər Rusiyanın Ukrayna cəbhəsində zəifləməsinin birbaşa nəticəsidir
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Fermerlərə məhsul subsidiyası da veriləcək

6 il ago
A A
1500274510503624480 1000x669

Yeni subsidiya mexanizmi kənd təsərrüfatının inkişafını daha da stimullaşdıracaq. Aqrar Subsidiya Şurası əkin, məhsul, toxum subsidiyaları üçün əmsal və kvotaları müəyyənləşdirən zaman ərzaq təhlükəsizliyinin təmin olunması və aqrar məhsulların ixrac potensialının yüksəldilməsi amillərinə əsaslanıb.

Kənd Təsərrüfatı Nazirliyindən trend-ə verilən məlumata görə, bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Neftçala və Hacıqabulda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı keçirdiyi görüşlərdə deyib.

Nazir müavini bildirib ki, Aqrar Subsidiya Şurası artıq əmsalları açıqlayıb: “Məsələn, fermerlər pambıq becərilməsinə görə həm əkin, həm də məhsul subsidiyası alacaqlar. Pambığa görə 1,1 əmsal müəyyənləşib, bu o deməkdir ki, pambıq əkilmiş sahənin hər hektarına görə fermerə 220 manat subsidiya veriləcək. Bundan başqa, dövlət qəbul məntəqələrinə təhvil verilmiş pambığın hər tonuna görə fermerə 100 manat ödəyəcək. Yəni, əgər bir fermer bir hektar sahədən orta hesabla 30 sentner məhsul götürərsə, dövlətdən 520 manat subsidiya alacaq. Aqrar sahəyə dövlət dəstəyinin genişləndirilməsi sayəsində kənd təsərrüfatının bütün istiqamətlərində inkişaf təmin ediləcək”.

İlham Quliyev 2020-ci ildən aqrar subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcəyini deyib: “Artıq subsidiyaların verilməsində kağız sənəd dövriyyəsi aradan qalxır. Fermer yeni sistemdə qeydiyyatdan keçərək özünə şəxsi kabinet yaratmalıdır. Hazırda ölkə üzrə təxminən 410 mindən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Fermerlərdən 220 min nəfəri payızlıq əkinləri bəyan ediblər. Əkinlərin bəyan edilməsi EKTİS-in tətbiqində mühüm mərhələdir. Çünki, subsidiyanın miqdarı əkilmiş məhsul növündən asılı olaraq dəyişir. Bu səbəbdən fermerləri payızlıq əkinləri bəyan etmə prosesində daha aktiv iştirak etməyə çağırıram”.

Nazir müavini qeyd edib ki, fermerlər EKTİS-in tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi prosesində hansısa texniki problemlərlə üzləşərsə, Dövlət Aqrar İnkişaf Mərkəzinə, “ASAN xidmət” mərkəzlərinə və Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri EKTİS-in tətbiqi ilə bağlı bölgələrdə maarifləndirici sessiyalar həyata keçirir. Bu günədək 36 rayonda belə tədbirlər baş tutub. Görüşlərdə nazirliyin rəhbər heyəti ilə yanaşı, icra hakimiyyəti strukturlarının rəhbərləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri, Aqrar İnkişaf Könüllüləri, bələdiyyə sədrləri, fermerlər iştirak edirlər.

Dekabrın 13-14-də analoji görüşlərin Qobustan, İsmayıllı, Qəbələ, Oğuz, Balakən, Zaqatala, Qax və Şəkidə keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

AbŞ gürcustan səfiri

“İvanişvili öz maraqlarını gürcü xalqının maraqlarından üstün tutur” – ABŞ səfiri

07 İyul 2025
281124 victor osimhen of galatasaray celebrates victory 1920.jpg

“Qalatasaray” Qsimhenlə müqavilə imzaladı

07 İyul 2025
Zelenski starmer

Zelenski Britaniya Baş naziri Starmer ilə dron istehsalını müzakirə edib

07 İyul 2025
Roman storovoyt

Rusiyalı nazır işdən çıxarılması haqda sərəncamın “mürəkkəni qurumamış” intihar etdi

07 İyul 2025
Zatulin

Bakı-Moskva münasibətləri yenidən qızışır-Bu dəfə Zatulin “gül ağzını açıb”danışmağa başıadı

07 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.