Hadisə

Ermənistan tərəfdə təxribat planlaşdırılır – DSX xəbərdarlıq etdi

26 iyul / 09:50 1 dəq
Indir 2023 07 26T095020.421
26 iyul / 09:50
Burada sizin reklamınız ola bilər

Əldə edilmiş məlumata əsasən, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində iyulun 26-da Ermənistan tərəfindən müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkaranə şəkildə növbəti təxribat əməli planlaşdırılır.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

“Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırırıq. Bir daha bildiririk ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcəkdir”, – deyə məlumatda vurğulanır.

Paylaş
Burada sizin reklamınız ola bilər