Bölgə xəbərləri

Ermənistan parlamentnin növbədənkənar iclası çağrılır

11 iyul / 21:59 2 dəq
F948e52c 1b21 322c 851f 087ef65cd7f2
11 iyul / 21:59
Burada sizin reklamınız ola bilər

Ermənistan parlamentinin iyulun 12-də növbədənkənar iclası çağırılıb.

Qərbxəbər.com bildirir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, gündəlikdə yeddi məsələ var. Bildirilib ki, məsələlər yekun oxunuşda qəbul ediləcək.

Gündəlikdə duran məsələlərə bunlar daxildir: “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi barədə , “Cinayət-İcra məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” , “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə, “Hərbi qulluqçular haqqında” və bununla bağlı qanunlara dəyişikliklər, “Geodeziya və kartoqrafiya fəaliyyəti haqqında” qanunda dəyişikliklər və bununla bağlı qanun layihələri zərfi, “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” qanuna dəyişikliklər edilməsi barədə, “Ermənistan Respublikasının müdafiəsi zamanı hərbi qulluqçuların həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında” qanuna əlavə və dəyişikliklər haqqında qanun layihələri.

Paylaş
Burada sizin reklamınız ola bilər