Qazax

Ermənilər Qazaxda ekskavatora atəş açıb – Sürücü ölüb

3 oktyabr / 00:06 2 dəq
Modern.az atesh
3 oktyabr / 00:06
Burada sizin reklamınız ola bilər

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yer­lə­şən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı erməni təxribatları davam etməkdədir. 

DSX-dən verilən məlumata görə, 2019-cu ilin 02 oktyabr tarixində saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekska­vato­r erməni silahlıları tərə­findən atə­şə tutul­ub. Nə­­ti­cə­də ekskavatorun sürücüsü, mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.

Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralının təcili təxliyyəsi təmin olunub, lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Paylaş
Burada sizin reklamınız ola bilər