Bölgə xəbərləri

Ermənilər Araz çayını çirkləndirir – Video

21 iyun / 11:48 1 dəq
Xudafərin
21 iyun / 11:48
Burada sizin reklamınız ola bilər

Güney Azərbaycandan olan soydaşımız İran-Ermənistan sərhədinə gedərək ermənilərin Araz çayına axıtdığı çirkab suyun görüntülərini lentə alıb.

“Qərb Xəbər” MOUZE Telegram kanalına istinadən bildirir ki, soydaşımız Ermənistandan Araza axıdılan suyun çox çirkli olduğunu deyib.

Onun sözlərinə görə, nəticədə Araz çayındakı balıqlar ölür, azərbaycanlıların əkin sahələri məhv olur:

“Dövlət qurumlarına dəfələrlə müraciət etmişik. Bizi eşidən yoxdur. Ağayi məsula səslənirəm. Rahat oturduğun yerindən qalx, gəl burdakı vəziyyəti gözlərinlə gör, ermənilərə etirazını bildir”.

Paylaş
Burada sizin reklamınız ola bilər