“44 günlük müharibədən sonra Azərbaycanın ordusunu gücləndirməsi və sürətlə silahlanması Ermənistana qarşı yönəlməyib”.
Qerbxeber.com Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan deyib.
Onun sözlərinə görə, Bakı qonşu ölkədə baş verə biləcək müharibəyə qarşı tədbir görür:
“Aydındır ki, Qərb bloku və İsrailin əsas hədəfi İranın parçalanmasıdır. Bir nömrəli benifisiarları isə Güney Azərbaycandır. İranı elə vurmaq istəyirlər ki, bir daha ayağa qalxmasın. Bunun üçün isə onu bölmək lazımdır. Anti-İran dairələri onu etnik mənsubiyyətə görə parçalamaq istəyirlər. Ən böyük hissələrindən biri isə Güney Azərbaycandır”.