Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Ərdoğan Rusiya və Azərbaycanı təmkinli olmağa çağırdı.

5 iyul / 19:36 2 dəq
ərdoğannnnnn
5 iyul / 19:36
Burada sizin reklamınız ola bilər
Türkiyə Azərbaycan və Rusiya arasında yaranmış gərginliyi “diqqətlə izləyir və hər iki tərəfi təmkinli olmağa” çağırır.
Qerbxeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
O, məsələni Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə etdiyini vurğulayıb:
“Türkiyənin həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri var. Gərginliyi yaxından izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq. İnanırıq ki, məsələ diplomatik gərginliyi azaldacaq bəyanatlarla daha sadə və ağıllı şəkildə həll olunacaq. Ümid edirəm ki, iki ölkə arasında münasibətlərdə baş verən neqativ hallar ən qısa zamanda sona çatacaq. Biz çox istəyirik ki, baş verən kədərli hadisələr Azərbaycan-Rusiya münasibətlərin korlanmasına səbəb olmasın”.
Türkiyə prezidentinin sözlərinə görə, məsələyə təmkinlə yanaşmaq lazımdır.
“Biz bilirik ki, iki dostumuz bu problemin öhdəsindən gəlmək üçün qarşılıqlı anlaşma səviyyəsindədir. Problemin həlli üçün atılacaq konstruktiv addımları dəstəkləməyə davam edəcəyik. Bizim prioritetimiz kifayət qədər müharibə və münaqişələrin yaşandığı regionda çətin qazanılmış sabitliyə xələl gətirəcək kəskin eskalasiyanın qarşısını almaq olacaq. Qafqaz artıq yeni münaqişəyə dözə bilməz. İnanıram ki, biz sakitliyin tərəfini tutaraq bu məsələni diplomatik proseslərlə həll edəcəyik. Bu məsələ Azərbaycan prezidenti İlham Əliyevlə görüş gündəliyimizə daxil idi. Cənab İlham Əliyev çox ehtiyatlı və tədbirli addım atır. O, bu məsələnin arxasınca getməyin və qızışdırmağın tərəfdarı deyil., – Türkiyə lideri bildirib.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı