İqtisadiyyat

Elman Rüstəmovu əvəzləyəcək Taleh Kazımov kimdir? – DOSYE

11 aprel / 16:35 3 dəq
2022 04 11 15 53 44U7KgkPqbvKnYBrqgpcb0 file
11 aprel / 16:35
Burada sizin reklamınız ola bilər

Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin təqdimatları müzakirə edilib.

Hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib.
Qərb Xəbər “Qafqazinfo”-ya istinadən Elman Rüstəmovun yerinə təyin olunması gözlənilən Taleh Kazımovun bioqrafiyasını təqdim edir:
38 yaşlı Taleh Kazımov Bakı şəhərində anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompüter mühəndisliyi” fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın “Georgia State University” ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr dərəcəsinə yiyələnib. Bundan əlavə, Taleh Kazımov 2012-ci ildə “London Biznes Məktəbi”nin (Böyük Britaniya) və 2014-cü ildə “Harvard Biznes Məktəbi”nin (ABŞ) yüksək ixtisas proqramlarını (“Senior Executive Programme”) müvəffəqiyyətlə bitirib.
Taleh Kazımov ənənəvi və rəqəmsal bankçılıq sahəsində kommersiya və investisiya bankçılığı, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malikdir.
O, karyerasını qurmağa gənc yaşlarında başlayıb və təhsil aldığı dövrdə “ATTAS PR”, “European Tobacco” şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib. Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004-dən 2006-cı ilədək davam edən dövrdə Taleh Kazımov “Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.
Taleh Kazımovun “PAŞA Bank”da fəaliyyəti 2007-ci ilin iyulundan başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, daha sonra Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.
Paylaş
Burada sizin reklamınız ola bilər