Ağstafa

Ağstafada dumanlı hava qəzaya səbəb olub, xəsarət alan var

19 dekabr / 20:47 1 dəq
63a085ea7c32663a085ea7c327167146442605457e868a89a3435ec0a96981aadbfc
19 dekabr / 20:47
Burada sizin reklamınız ola bilər

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

“Qərb Xəbər” bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.Hərəkətdə olan minik maşını yoldan çıxaraq bardürə çırpılıb.

Qəza zamanı sürücü, 1968-ci il təvəllüdlü Eltun Musayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər