Hadisə

DGK kiberhücumlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

30 noyabr / 10:14 1 dəq
9f73e97b 36ea 3e99 99af 29ac7d4852b5
30 noyabr / 10:14
Burada sizin reklamınız ola bilər

Dövlət Gömrük Komitəsi (DGK) son zamanlar baş verən kiberhücumlarla əlaqədar vətəndaşlara müraciət edib.

“Qərb Xəbər” Komitəyə istinadən xəbər verir ki, müraciətdə deyilir:

“Komitə rəqəmsallaşdırma istiqamətində aparılan tədbirlərlə yanaşı, həmçinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə yüksək diqqət ayırır. Son vaxtlar baş verən kiberhücumlarla əlaqədar vətəndaşlarımıza kiber dələduzlar tərəfindən hazırlanan müxtəlif növ tələlərə qarşı sayıqlıq göstərmələrini, elektron hesabları, fərdi və kart məlumatları ilə bağlı diqqətli olmağı, onları üçüncü tərəflərlə paylaşmamağı tövsiyə edirik”.

Paylaş
Burada sizin reklamınız ola bilər