Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Azərbaycan Rusiya ilə müttəfiqlik haqqında Bəyannamə imzalayıb

11 ay ago
A A
_123348864_aliyevputin2.jpg

Çərşənbə axşamı günü Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin Kremldəki görüşündə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzaladı.

Rusiyanın hökumət saytı bunu Rusiya ilə Azərbaycan arasında münasibətləri “müttəfiqlik səviyyəsinə qaldıran” sənəd kimi xarakterizə edib.

Qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə barədə ətraflı məlumat mövcud olmasa da, Azərbaycanın hökumətyönlü saytları bu sənədi Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ilə müqayisə edərək ona bənzədiblər.

Bəyanatda nə deyilir?

43 maddədən ibarət Bəyannamədə deyilir ki, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti əsasında qurur, aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.

Bundan başqa, ölkələr tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.

Onlar öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.

Tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirir, hərbi qarşılıqlı əməkdaşlığı dərinləşdirəcəklər.

Onlar həmçinin təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər.

Ölkələr beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.

Rusiya və Azərbaycan digər tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər.

Onlar metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaqlarını bəyan ediblər.

Qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaratmaq da bəyannamədə yer alıb.

Tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər.

Sənəddə diaspor təşkilatlarının fəaliyyətinin təşviqi, humanitar, mədəniyyət və incəsənət, təhsil, elm, turizm və idman və digər sahələrə aid maddələr də yer alır.

Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində imzalanıb.

Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib ki, Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri yaxşı diversifikasiya olunub, bu, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə zəmin yaradır.

“Bəyannamənin 40-dan çox bəndi var”

O, Azərbaycanda rus dilinin dəstəklənməsinə və inkişaf etdirilməsinə görə Prezident Əliyevə təşəkkür edib.

“Bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili fəal şəkildə öyrənilir, populyardır və əlbəttə, gələcəkdə bunu hər vasitə ilə dəstəkləyəcəyik”, – Putin qeyd edib.

Cənab Putin deyib ki, Əliyevin səfəri ikitərəfli münasibətlərdə əlamətdar hadisəyə – diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsindədir.

“Bu gün biz Qarşılıqlı müttəfiqlik əlaqələri haqqında Bəyannamə imzalayacağıq. Tamamilə aşkardır ki, bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir və şübhəsiz, bu, o cümlədən bütövlükdə hələ sona qədər nizamlanmamış, lakin həllində irəliləyiş əldə edilmiş Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olduqdan sonra mümkün olub”.

Prezident Əliyev bildirib ki, bəyannamənin 40-dan çox bəndi var:

“Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcəkdir.”

Onun sözlərinə görə, bu sənəd “ölkələrimiz, qarşılıqlı əlaqələrimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq çox müsbət əhəmiyyət kəsb edəcəkdir.”

İlham Əliyev Vladimir Putin Müttəfiqlik Bəyannaməsi Rusiya Azərbaycan əlaqələri Rusiya Azərbaycan münasibətləri

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Prezident İlham Əliyev bazar ertəsindən Rusiyada rəsmi səfərdədir. Prezident.az saytı yazır ki, o, rusiyalı həmkarı Vladimir Putinin dəvətilə Moskvaya gedib.

Çərşənbə axşamı cənab Putin və cənab Əliyev arasında keçiriləcək görüşdə “siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin ətraflı müzakirəsi” planlaşdırılır, bu barədə Kremlin.ru saytında verilən elanda bildirilir.

“Danışıqların yekunu olaraq Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imzalanacaq”, – rəsmi məlumatda qeyd olunub.

Görüşdə həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Dağlıq Qarabağa dair 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatların icrası, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı məsələlər müzakirə ediləcək.

Prezident Əliyevi Rusiya səfərində birinci xanım Mehriban Əliyeva müşayiət edir. Onları Moskvanın Vnukova-2 hava limanında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıb.

“Şuşa Bəyannaməsinin üstündən xətt çəkilməsi söhbətləri yersizidir”

Millət vəkili, politoloq Rasim Musabəyovun fikrincə, “qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannaməni” bu sənəd imzalandıqan və dərc olunduqdan sonra “konkret olaraq təhlil etmək mümkün olacaq”.

“Lakin bu sənədin mətnini görmədən də deyə bilərəm ki, Azərbaycanın guya Türkiyədən üz döndərib Rusiyanın ağuşuna atılması, yaxud da guya Şuşa Bəyannaməsinin üstündən xətt çəkilməsi söhbətləri yersizdir”, – Rasim Musabəyov BBC News Azərbaycancaya deyib.

“Bu deklarasiya “Qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” adlansa da, düşünmürəm ki, onun məzmunu Azərbaycan-Türkiyə müttəfiqliyini neytrallaşdıra bilsin”, – cənab Musabəyov qeyd edib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi hələ imzalanmamışdan da əvvəl Azərbaycanın Türkiyə ilə hərbi və təhlükəsizlik sahəsində tərəfdaşlığını təsbit edən bir çox müqavilələr mövcud idi.

“Deklarasiya daha çox ümumi xarakterli, siyasi və ideoloji xarakter daşıyan sənəddir. Azərbaycanın isə Türkiyə ilə hərbi sahədə, təhlükəsizlik sahəsində əməkdaşlığını və iş birliyini tənzimləyən və parlament tərəfindən təsdiqlənmiş onlarla hüquqi sənədi var”, – millət vəkili deyib.

“Bizim Rusiya ilə də dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləmiz var. Və orada, təhlükəsizliyə təhdid yaranarsa məsləhətləşmələrin keçirilməsi nəzərdə tutulur”, – politoloq xatırladıb.

“Digər tərəfdən, Türkiyənin özünün də Rusiya ilə Strateji tərəfdaşlıq müqaviləsi var, orada Yüksək Səviyyəli Əməkdaşlıq Şurası haqqında bənd var. Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası 2010-cu ildən fəaliyyət göstərir. Bu mexanizm iki ölkə arasında hökümətlər səviyyəsində illik birgə iclasların keçirilməsini nəzərdə tutur. Həmin iclaslarda Rusiya-Türkiyə münasibətləri müzakirə olunur və müxtəlif əməkdaşlıq sazişləri imzalanır. Bu Şura digər məsələlərlə yanaşı, Türkiyə ilə Rusiya arasında strateji tərəfdaşlıq və təhlükəsizlik məsələlərinin də müzakirəsini nəzərdə tutur”, – Rasim Musabəyov qeyd edib. / BBC Azərbaycanca

Son xəbərlər

İLHAM SİSİ

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

28 Yanvar 2023
63d4d70472da263d4d70472da3167489306063d4d70472da063d4d70472da1

QHT-lər İranda Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yayıb

28 Yanvar 2023
e9f6bb1d-d8d8-48d7-8ed9-c673105164ef

Gürcüstan Azərbaycanlılar Konqresinin (GAK) sədri Hüseyin Yusifovla müsahibə (2-ci hissə)

28 Yanvar 2023
63d3cf8d0655563d3cf8d065561674825613a3fbef7772a69c2c23d881aa1e4d9295

Uşaqlarda ən çox aşkarlanan xəstəliklər açıqlanıb

28 Yanvar 2023
Narkomaniya

DİN: Ötən gün keçirilən əməliyyatlarda 10,2 kq narkotik aşkarlanıb

28 Yanvar 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.