Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

“Deyirlər ki, könüllü olduğunuz üçün adınız veteran siyahısında yoxdur” – Qazi jurnalistdən Müdafiə nazirinə etiraz

11 ay ago
A A
hafiz ahmadov

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı qərardan sonra bir çox şəxs bu adın necə veriləcəyi ilə maraqlanır. Müharibədə iştirak etdiyini deyən bəzi qazilər son günlər sosial şəbəkələrdə məlumat paylaşaraq müharibə veteranı adını ala bilmədiyini iddia edir. Onların sözlərinə görə, səfərbərlik zamanı müharibəyə getsələr də, adları müharibə veteranlarının siyahısına salınmayıb. 

“Qərb Xəbər” məlumat verir ki, vətən savaşına qatılan jurnalist Hafiz Əhmədovun “Qafqazinfo”ya bildirdiyinə görə, özü ilə bərabər Hərbi Hava Qüvvələrində xidmət edən 200-dən çox  könüllü əsgər də bu problemlə üzləşib: “Biz 200-dən çox könüllü əsgər Hərbi Hava Qüvvələrində xidmət etmişik. Müharibə müddətində ölkənin strateji obyektlərinin qorunmasını təmin etmişik. Müharibədə xidmətimizə görə heç bir medal belə almadıq. İndi də müharibədə iştirakımızla bağlı müharibə veteranı adı ala bilmirik.

Hərbi hissəyə müraciət edirik, deyirlər ki, “siz könüllü olduğunuza görə siyahıda adınız yoxdur. Döyüş gedən ərazilərdə olmamısınız”. Həmçinin bizə belə cavab verirlər ki, “hərbi hissəyə Hərbi Hava Qüvvələri Komandanlığından məktub gəlib və məktubda 12 şərt var. Ona uyğun olanlar müharibə veteranı adı alacaq”. Amma hansı şərtlərin olduğunu açıqlamırlar. Biz düşdüyümüz qoşun növünə uyğun xidmət etmişik. Bununla bağlı sənədlərimiz var, üzərinə möhür vurulub, hərbi xidmətə qəbul edilmə və tərxis tarixi aydın göstərilib. Necə ola bilər ki, bizim müharibədə iştirakımız nəzərə alınmasın?”

Qeyd olunan 12 şərt nədən ibarətdir? Kimlər müharibə veteranı adı ala bilər? Hərbi Hava Qüvvələrində xidmət edənlər, könüllü ön cəbhəyə gedənlər müharibə veteranı adı ala bilməzmi?

Bu suallarla bağlı Müdafiə Nazirliyinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Veteran adı haqqında məlum qərar var, şərtlər orada qeyd olunub”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirilib ki, sözügedən məsələ nazirliyin səlahiyyətində deyil. Aidiyyəti qurumlar siyahını Nazirlər Kabineti ilə razılaşdırıb “Zəfər” alt sisteminə daxil edirlər. Sistemdə adı olan müharibə veteranlarına ödəniş isə ƏƏSMN tərəfindən edilir. 

Qeyd edək ki, Nazirlər Kabinetinin müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi haqda qərarına görə, bu şəxslərə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi nəzərdə tutulur:

1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində:

1.1. hərbi hissə və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə və ya orqanların mülki işçilərinə);

1.2. döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə.

2. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda:

2.1. döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş şəxslərə;

2.2. hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (yuxarıda qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə.

Qərarda həmçinin qeyd olunur ki, aidiyyəti dövlət orqanları tərəfindən yuxarıda qeyd olunan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin şəxslərin siyahısı Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

Məlumat üçün bildirək ki, müharibə veteranı adı və vəsiqəsi verilmiş və adı “Zəfər” altsisteminə daxil edilmiş şəxslərə 2022-ci il 1 yanvarından etibarən 80 manat məbləğində Prezidentin aylıq təqaüdü təyin edilir.

qerbxeber.com

Son xəbərlər

İLHAM SİSİ

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

28 Yanvar 2023
63d4d70472da263d4d70472da3167489306063d4d70472da063d4d70472da1

QHT-lər İranda Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yayıb

28 Yanvar 2023
e9f6bb1d-d8d8-48d7-8ed9-c673105164ef

Gürcüstan Azərbaycanlılar Konqresinin (GAK) sədri Hüseyin Yusifovla müsahibə (2-ci hissə)

28 Yanvar 2023
63d3cf8d0655563d3cf8d065561674825613a3fbef7772a69c2c23d881aa1e4d9295

Uşaqlarda ən çox aşkarlanan xəstəliklər açıqlanıb

28 Yanvar 2023
Narkomaniya

DİN: Ötən gün keçirilən əməliyyatlarda 10,2 kq narkotik aşkarlanıb

28 Yanvar 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.