Bölgə xəbərləri

DÇ-2022: 1/4 final mərhələsinin daha iki iştirakçısı bəlli olur

4 dekabr / 09:16 1 dəq
1505ad4b 82e2 3ffd 83df 081353596c63
4 dekabr / 09:16
Burada sizin reklamınız ola bilər

Bu gün futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

“Qərb Xəbər”in məlumatına görə, günün ilk matçında Fransa Polşa ilə üz-üzə gələcək.

“Al Tumama” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Xesus Valensuela idarə edəcək.

Bu cütün qalibi 1/4 finalda İngiltərə – Seneqal oyununun güclüsünə rəqib olacaq. “Əl Bayt” stadionundakı həmin matç Salvadordan olan FIFA referisi İvan Bartona tapşırılıb.

DÇ-2022, 1/8 final

4 dekabr

19:00. Fransa – Polşa

23:00. İngiltərə – Seneqal

Qeyd edək ki, hələlik Niderland və Argentina komandaları 1/4 finala yüksəliblər.

Paylaş
Burada sizin reklamınız ola bilər