Daşkəsəndə yeniyetmə özünü güllələdi
Daşkəsəndə 17 yaşlı yeniyetmə intihar edib.
“Qərb Xəbər”in əldə etdiyi xəbərə görə, hadisə rayonun Astaf kəndində baş verib.
Belə ki, aprelin 30-da saat 22 radələrində kənd sakini 2006-cı il təvəllüdlü Mustafa Quliyevin (ad və soyad şərtidir) yaşadığı evin həyətində ov silahı ilə özünə atəş açaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı