Bölgə xəbərləri

Daha bir dinozavrın qalıqları tapıldı

7 yanvar / 10:28 1 dəq
63b8d977b9ae463b8d977b9ae5167305867963b8d977b9ae063b8d977b9ae2
7 yanvar / 10:28
Burada sizin reklamınız ola bilər

Argentinalı paleontoloqlar böyük başa və kiçik ətraflara malik dinozavr qalıqları tapdıqlarını bildiriblər.

“Qərb Xəbər”in xəbərinə görə, “Meraxes gigas” adlanan qədim canlı 5 illik qazıntı nəticəsində ortaya çıxıb. İlk olaraq kəllə sümüyü tapılıb.

Uzunluğa 10 metr, kütləsi 4 ton olan qədim canlının kəlləsinin uzunluğu 1,2 metrdən çox olub. Lakin ətrafların uzunluğu 60 santimetri keçməyib. Tədqiqatçıların fikrincə, kiçik ətraflar ayağa qalxmaq və cəld hərəkət üçün vacibdir. Bu tip ətraf heyvanın qidalanmasında ciddi rol oynamır.

 

Alimlər hesab edirlər ki, “Meraxes gigas” növündən olan dinozavrlar təxminən 90-100 milyon il əvvəl yaşayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər