Daha bir cidocumuzdan qızıl medal
Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Böyük Dəbilqə”də qızıl medal qazanıb.
İdmançımız finalda Serbiya təmsilçisi Nemanya Maydovla üz-üzə gəlib.
Rəqibinə qızıl xal bölümündə qalib gələn Mehdiyev “Böyük Dəbilqə”nin qalibi olub.
***
Azərbaycan cüdoçusu Zelim Kotsoyev isə “Böyük Dəbilqə”də bürünc medal qazanıb.
100 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Onise Saneblidzeyə qızıl xal bölümündə qalib gəlib.
Xatırladaq ki, turnirdə bundan əvvəl təmsilçimiz Hidayət Heydərov 73 kq çəki dərəcəsində qızıl medal qazanmışdı.




