Hadisə

Dənizdə iki nəfər batıb

27 iyul / 20:23 1 dəq
çayda boğulma
27 iyul / 20:23
Burada sizin reklamınız ola bilər

Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.

Qerbxeber.com Reporta istinadən xəbər verir ki, 16 yaşlı iki yeniyetmə dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşiblər.

Hadisə zamanı uşaqlardan biri çətinliklə sudan çıxmağı bacarıb. Digərinə isə kömək etmək istəyən bir şəxs öz həyatını riskə ataraq dənizə girib.

2009-cu il təvəllüdlü Əli Cabbarov, həm də ona kömək etməyə çalışan şəxs boğularaq həyatını itirib.

Onların axtarışları davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər