Kateqoriyasız

Cüdo Federasiyasının vitse-prezidenti təltif olunub

2 aprel / 14:55 1 dəq
9aae3ea9 704c 4f4c 95b8 87cab9bbbbae
2 aprel / 14:55
Burada sizin reklamınız ola bilər

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təltif olunub.

54 yaşlı idman funksionerinə Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919 – 2019) ilə bağlı Azərbaycan Respublukasının yubiley medalı verilib.

Qeyd edək ki, Sadıq Sadıqov “Neftçi” İdman Klubu İctimai Birliyinin idarəetmə aparatının rəhbəri, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüdür. O, 2008-ci ildə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına, 2011-ci ildə isə “Tərəqqi” medalına layiq görülüb. Paytaxt təmsilçisi S.Sadıqovun rəhbərliyi altında 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. “Neftçi” 2012-ci ildə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasınin qrup mərhələsinə vəsiqə qazanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər