İqtisadiyyat

Cocuq Mərcanlıda yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb

30 oktyabr / 10:53 1 dəq
Indir 2023 10 30T105138.988
30 oktyabr / 10:53
Burada sizin reklamınız ola bilər

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisədə səhiyyə təşkilatları üçün müvafiq geyimlər istehsal olunur.

Bu, barədə “Qərb Xəbər” məlumat verir ki, yeni fəaliyyətə başlayan istehsalat sahəsində Cocuq Mərcanlı kənd sakini olan 8 xanım işlə təmin olunub. Burada tibb personalı və müalicə alan şəxslər üçün geyimlər hazırlanır, eləcə də tibbi maskalar və s. kimi səhiyyə ləvazimatları istehsal olunur.

Qeyd edək ki, Cocuq Mərcanlı xanımlarının hazırladıqları bu məhsullar ölkənin müxtəlif tibb müəssisələrinə çatdırılır.

Yaxın gələcəkdə sifarişlərin həcminin artması gözlənilir. İşin həcmi böyüdükcə yeni işçilərin müəssisəyə cəlb edilməsi planlaşdırılır.

İ.Babayeva

Paylaş
Burada sizin reklamınız ola bilər