Çin və Kanada gömrük rüsumlarının ləğvi üçün danışıqlar aparıllar
Kanada hakimiyyəti Çinlə qarşılıqlı tətbiq edilmiş gömrük rüsumlarının ləğvi ilə bağlı danışıqlar aparır.
Qerbxeber.com xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni Saskaçevan vilayətinə səfəri zamanı jurnalistlərə açıqlama verib.
“Müzakirələr davam edir və bu məsələ bizim üçün əsas prioritetlərdən biridir”, – deyə Karni bildirib.




