Dünya

Ceyhun Bayramov: “Sülh quruculuğu prosesi üçün yeni imkanlar yaranıb”

31 oktyabr / 08:12 1 dəq
Ceyhunn
31 oktyabr / 08:12
Burada sizin reklamınız ola bilər

“Sülh quruculuğu prosesi üçün yeni imkanlar yaranıb”.

“Qərb Xəbər” məlumat verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşü zamanı deyib.

Nazir, Azərbaycan tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində sülh danışıqları, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısındakı maneələrin aradan qaldırıldığını, bu istiqamətdə sülh quruculuğu prosesi üçün yeni imkanların yarandığını bildirib.

Ölkəmizin hər zaman olduğu kimi, bölgədə dayanıqlı sülhün bərqərar edilməsi üçün yaranmış bu münbit şəraitdə də sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu vurğulanıb.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər