Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən keçən hissəsində avtomobil aşıb.
“Qərb Xəbər”in məlumatına görə, Bakı-Qazax yolu ilə hərəkət edən “Opel” markalı avtomobilin sürücüsü qəfildən idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.