Siyasət

Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sülh danışıqlarının cari vəziyyətini müzakirə edib

25 may / 08:28 2 dəq
0148bb4f 02d4 36db b22f 61c5123fa067
25 may / 08:28
Burada sizin reklamınız ola bilər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş keçirilib.

Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı, Azərbaycan-Ermənistan arasında sülh prosesi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzrə danışıqların cari vəziyyəti, bu çərçivədə aparılmış son görüşlərin nəticələri və danışıqların perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov eyni zamanda, kommunikasiyaların açılması və delimitasiya prosesi barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb.

Lui Bono ABŞ-ın sülh prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, bölgənin inkişafı üçün sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər