Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Cavanşir Feyziyev həbs edilə bilər – Məhkəmə hərəkətə keçdi

14 fevral / 11:03 3 dəq
Javanshir feyzi
14 fevral / 11:03
Burada sizin reklamınız ola bilər

Fevralın 17-də saat 15-də Milli Məclisin deputatı Cavanşir Feyziyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı Səbail rayon məhkəməsində hazırlıq iclası olacaq. Prosesə hakim Azər Tağıyev sədrlik edəcək.

Bu barədə elektron məhkəmə sistemində məlumat yayılıb.

Məlumatda deyilir ki, Cavançir Feyziyev Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilib.

Bununla yanaşı, elektron məhkəmə sistemində xüsusi ittiham qaydasında şikayətin kimlər tərəfindən verildiyi barədə məlumat verilmir.

Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) araşdırmalardan sonra Azərbaycan parlamentinin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Britaniyanın bank hesablarındakı 5,6 milyon funt-sterlinqin müsadirəsi ilə bağlı qərar çıxarıb.

Britaniyanın Milli Cinayət Agentliyinin yanavarın 31-də yaydığı məlumatında deyilir ki, geniş araşdırmalardan sonra Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevanın, övladlarından biri Orxan Cavanşirin və qardaşı oğlu Elman Cavanşirin adına olan 6 hesabın dondurulması sərəncama alınıb.

“Belə ki, müstəntiqlər bu hesablardakı vəsaitlərin Azərbaycanın landromatından əldə olunduğundan və bu səbəbdən də geri qaytarıla bilən əmlak olduğundan şübhələnirlər.”

Westminster Magistrates Məhkəməsində üç həftəlik mübahisəli müsadirə dinləməsindən sonra, Dairə Hakimi Con Zani bu sənədlərin tamamilə uydurma olduğuna və hesabları təşkil edənlərin əsas çirkli pulların yuyulması fəaliyyətlərini gizlətmək üçün hazırlandığına dair çoxlu sübutların olması qənaətinə gəlib.

“Hakim qərarında qeyd edib ki, təqdim edilmiş sübutları hərtərəfli nəzərdən keçirərək, o, müvafiq vaxtda Azərbaycan, Estoniya və Latviyada çirkli pulların yuyulması ciddi sxeminin mövcud olmasından tamamilə razıdır. İlkin olaraq bank hesablarında dondurulmuş 15,3 milyon funt-sterlinqdən müsadirə üçün sifariş edilmiş ümumi məbləğ 5,630,994,19 funt-sterlinq təşkil edib”

Milli məclisin deputatının ailəsinə məxsus pulların müsadirə edilmıəsi barədə London məhkəməsinin qərarı Azərbaycanda kəskin tənqidlərlə qarşılanıb. Yerli mediada deputatın tənqidnə yönəlmiş çoxsaylı reportajlar yayılıb, sosial şəbəkələrdə geniş müzakirələr açılıb.

Bundan sonra Azərbaycan parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Facebook səhifəsində Azərbaycanın bir sıra jurnalsitlərini, ictimai xadimlərini, vətəndaş cəmiyyəti təmsilçilərini hədəfə alan statusla çıxış edib. O Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa verib.

Deputat həmçinin onu tənqid edən çoxsaylı jurnalistləri “agent, casus, donosçu, sabotajçı, böhtançı, tüfeyli, cibgir, oğru, reket, şər-böhtançı” kimim xarakterizə edib.

qerbxebercom

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı