Dünya

Cənubi Afrikada vəba 22 nəfərin həyatına son qoyub

26 may / 09:22 1 dəq
64700f443376764700f4433768168506554064700f443376464700f4433765
26 may / 09:22
Burada sizin reklamınız ola bilər

Cənubi Afrikada vəbadan ölənlərin sayı 22-yə çatıb.

“Qərb Xəbər” TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə cümə axşamı ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Bu günə qədər paytaxtın Gauteng əyalətində 21 nəfər, qonşu Free Stay əyalətində isə daha 1 nəfər vəbadan dünyasını dəyişib”, – SABC radiostansiyası Səhiyyə Nazirliyinə istinadən bildirib.

Səlahiyyətlilər daha əvvəl 17 nəfərin öldüyünü bildirmişdilər.

Cənubi Afrikada fevral ayında vəba epidemiyası başlayıb.

Təxminən 40 nəfər vəba şübhəsi ilə paytaxt və Free Stay əyalətindəki xəstəxanalardadır.

Afrikanın cənubunda 2022-ci ilin yazında başlayan hazırkı vəba epidemiyasının episentri Malavinin cənubundadır.

Bu il xəstəliyin epidemiyası qitənin cənubundakı səkkiz ölkədə qeydə alınıb.

Paylaş
Burada sizin reklamınız ola bilər