Suriyada silahlı müxalifət qadınların hicaba məcbur edilməsinə qadağa qoyub.
Bu barədə “RİA Novosti” Suriyanın “Əl-Vatan” qəzetinə istinadən xəbər yayıb.
Suriyadakı silahlı müxalifətin komandanlığı qadınların öz geyimlərini seçmək hüquqlarını tanıyıb.
“Ali Komandanlıq qadınları müəyyən üslubda paltar geyinməyə məcbur etməyi, onların seçim hüququna müdaxiləni qəti şəkildə qadağan edir”, – deyə nəşr vurğulayıb.