Kateqoriyasız

Bu sayt koronavirusdan ölmə ehtimalını hesablayır

24 mart / 10:44 1 dəq
27c2ba49 f75f 4ff3 9214 f59a96f747b0
24 mart / 10:44
Burada sizin reklamınız ola bilər

İnternetdə COVID-19 virusundan ölmə ehtimalını hesablayan “Corona Don’t Panic” saytı işə düşüb.

“Report” xəbər verir ki, layihənin məqsədi koronavirus ətrafında təşvişi səngitməkdir.

Saytda yaş, cins, ölkə və mümkün ola biləcək xəstəliklər (ürək-damar, onkoloji, respirator və s.) barədə məlumat yerləşdirmək olar. Alınmış nəticələr koronavirusdan başqa bir çox şeydən (məsələn suda boğulma) ölmə ehtimalı ilə müqayisə edilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 180-dən çoxölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 332 930-açatıb. Bunların bir qismi sağalıb, 14,5 mindən çox insanölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Paylaş
Burada sizin reklamınız ola bilər